Onlayn ictimai-siyasi qəzet
ARB 24 telekanalında “Peşəkar mübahisə” verilişi yayımlanır.
Musavat.com xəbər verir ki, canlı yayımda aparıcı və moderator Rəhman Rəsulov qlobal və regional gündəmin ən aktual məsələlərini müzakirəyə çıxarır.
Verilişin bu buraxılışında qonaq qismində "Yeni Müsavat" Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu, tanınmış siyasi şərhçi və beynəlxalq münasibətlər üzrə ekspert Oqtay Qasımov iştirak edir.
Hazırda efirdə İsrail–İran müharibəsi, bu toqquşmanın Orta Şərq və Cənubi Qafqaz regionuna mümkün təsirləri, eyni zamanda Ermənistan–Türkiyə münasibətləri və Nikol Paşinyanın Türkiyə səfəri əsas müzakirə mövzularıdır. Qonaqlar həmçinin Ermənistan baş naziri ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında İstanbulda keçirilən görüşün geosiyasi əhəmiyyətini təhlil edirlər.
Rauf Arifoğlu və Oqtay Qasımov regiondakı proseslərə Azərbaycanın mövqeyindən yanaşır, Yaxın Şərqdəki hərbi-siyasi vəziyyətin gedişatı fonunda ölkənin maraqlarını və mövcud təhdidləri şərh edirlər.
Musavat.com
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ