Onlayn ictimai-siyasi qəzet
Bir sıra Avropa ölkələri ABŞ-yə getmək istəyən transgender və qeyri-binar səyahətçiləri viza və digər icazələr üçün müraciət edərkən diqqətli olmağa çağırıb.
Musavat.com xəbər verir ki, məlumatı Axios yayıb.
Qeyd olunur ki, Danimarka Xarici İşlər Nazirliyinin yenilənmiş səhifəsində belə xəbərdarlıq yerləşdirilib: “Əgər pasportunuzda cinsiyyət təyinatı X (qeyri-binar gender şəxsiyyəti - red. ) göstərilirsə və ya cinsinizi dəyişmisinizsə, səyahətə çıxmazdan əvvəl necə davam edəcəyiniz barədə təlimatlar almaq üçün ABŞ səfirliyi ilə əlaqə saxlamağınız tövsiyə olunur”.
Xarici İşlər Nazirliyi izah edib ki, viza üçün müraciət edərkən yalnız iki cinsin təyinatı ola bilər: kişi və ya qadın.
Axios yazır ki, bir həftə əvvəl oxşar yeniləmə Finlandiya Xarici İşlər Nazirliyinin səhifəsində də edilib.
Ərizəçinin pasportunda göstərilən cins doğum zamanı təyin olunmuş cinsə uyğun gəlmirsə, ABŞ səlahiyyətliləri səyahət icazəsi və ya viza üçün müraciəti rədd edə bilər.
Almaniya Xarici İşlər Nazirliyi onu da qeyd edib ki, ABŞ-a səfər etməyi planlaşdıran səyahətçilər viza ərizələrində kişi və ya qadın olduqlarını qeyd etməlidirlər.
Məsləhət xarakterli dəyişikliklər ona görə edilib ki, “bir neçə Avropa ölkəsinin vətəndaşları ABŞ-ın immiqrasiya orqanları tərəfindən turist vizası ilə bağlı problemlərə görə saxlanılıb”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dövlət katibinə və daxili təhlükəsizlik nazirinə ABŞ hökuməti tərəfindən verilən pasport və vizalar kimi sənədlərin “dəyişdirilə bilməyən” “sahibinin cinsini dəqiq əks etdirməsini” təmin etməyi tapşırıb.
Axios xatırladır ki, Tramp administrasiyası vəzifəyə başladığı ilk günlərdən transgender amerikalıların hərbi işə qəbul, idmanda iştirak və gündəlik həyatın digər aspektlərində hüquqlarını məhdudlaşdırır.
Musavat.com
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ