Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin birinci yarısında Avropada qazın orta 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40 faiz artaraq 1000 kubmetr üçün təxminən 464 dollar təşkil edib.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, qiymətin artmasına istilik mövsümündə anbarlardan record həcmdə qaz götürülməsi, gələn qış üçün anbarların doldurulmasına daha tez və sürətlə başlamaq zərurəti və geosiyasi risklər səbəb olub.
Qeyd edək ki, Avropa qovşaqlarında qazın qiyməti ötən ilin payızında artmağa başlayıb və bu ilin birinci rübündə 1000 kubmetr üçün 509 dollar, ikinci rübdə isə 420 dollar təşkil edib.
Ümumilikdə, yanvar-iyun ayları ərzində kotirovkalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz, 2024-cü ilin ikinci yarısı ilə müqayisədə isə 5 faiz artaraq 464 dollara çatıb.
İyun ayında qazın orta qiyməti may ayı ilə müqayisədə 6,7 faiz artaraq təxminən 439 dollar təşkil edib və 2024-cü ilin iyun ayı ilə müqayisədə 14,5 faiz yüksək olub. Bu artım əsasən İran və İsrail arasında hərbi münaqişə, həmçinin ABŞ Silahlı Qüvvələrinin İranın üç nüvə obyektinə hücumu ilə bağlı olub. Əgər mayın 30-da qaz fyuçersləri 1000 kubmetr üçün təxminən 396 dollara satılırdısa, iyunun 30-da hərraclar 401 dollar səviyyəsində bağlanıb - ötən ayın sonundan 1,3 faiz yüksək.
Bu həftədən etibarən Avropada isti hava dalğası müşahidə olunmaqdadır. Ən yüksək temperatur Portuqaliya, İspaniya, Fransa, Almaniyanın qərbi, Belçika, Niderland, İtaliya, Xorvatiya, Bolqarıstan və Yunanıstanda qeydə alınıb.
Meteoroloji xidmət İtaliya, Çexiya, Yunanıstan, Şimali Makedoniya və Serbiya üçün sarı səviyyəli yüksək temperatur xəbərdarlığı dərc edib.
Narıncı temperatur xəbərdarlığı Avstriya, İspaniya, Belçika, Portuqaliya, İsveçrə, Niderland, Lüksemburq, Bosniya və Herseqovina, Sloveniya və İsrail üçün, qırmızı isə Fransa, Almaniya və Xorvatiya üçün göstərilir.
Yaxın günlərdə Cənubi, Qərbi, Mərkəzi və Cənub-Şərqi Avropada isti hava şəraiti müşahidə olunacaq.
İsti hava fonunda Avropada külək enerjisi istehsalı azalır. WindEurope-un məlumatına görə, 30 iyun 2025-ci il tarixinə külək enerjisi Avropanın elektrik enerjisinə tələbatının 9,7 faizini (bir gün əvvəl 17,9 faiz olub –red.) təşkil edib.
Gas Infrastructure Europe-nin (GIE)məlumatına görə, 29 iyun 2025-ci il tarixinə Aİ-də yeraltı qaz anbarları (UGS) 62,68 milyard kubmetr qaz olmaqla 58,59 faiz dolu olub. İsveç və Portuqaliya istisna olmaqla, bütün Aİ ölkələri qaz ehtiyatlarını artırıblar. Belə ki, Almaniyada UGS 50,34 faiz, Fransada - 66,02 faiz, Avstriyada - 64,33 faiz, İtaliyada - 71,07 faiz dolu olub.
Bu gün TTF qovşağında (Niderland) ICE Futures-də avqust ayı qaz fyuçersləri əvvəlki günün hesablaşma qiyməti ilə müqayisədə 0,15 faiz azalaraq 32,85 avro/MVt (410,43 ABŞ dolları) səviyyəsində ticarət edilib.
Musavat.com
02 Iyul 2025
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ