Onlayn ictimai-siyasi qəzet
Ukrayna silahlı qüvvələrinin (USQ) Belqorod su anbarının bəndinə zərbə endirməsi Rusiya üçün ağır nəticələrə yol açıb.
Musavat.com xəbər verir ki, nəticədə bənd su buraxmağa başlayıb.
Su axınının artması səbəbindən Şebekino şəhəri ərazisindən axan Nejeqol çayında su səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib - şəhərin mərkəzində çayın kənarındakı ağaclar və park avadanlıqları su altında qalıb.
USQ-nin pilotsuz uçuş sistemləri üzrə komandanı Robert “Madyar” Brovdi bildirib ki, bəndə dronlar vasitəsilə zərbə endirilib. Onun sözlərinə görə, Ukraynanın zərbəsindən sonra su anbarındakı su səviyyəsi təxminən 1 metr azalıb, çünki bənd artıq su buraxmağa başlayıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov isə vəziyyəti “stabil” adlandırıb. Su anbarının müvəqqəti direktoru Yuri Paramonov da “hər şeyin nəzarət altında olduğunu” bəyan edib.
Ukrayna tərəfi iddia edir ki, bəndə zərbə nəticəsində Severski Donets çayını keçən Rusiya hərbi hissələri əsas qüvvələrdən təcrid olunub və Volçansk istiqamətindəki irəliləyiş dayanıb.
Ukraynalı hərbi analitik, keçmiş zabit Yevgeni Dikiy “Radio NV”yə müsahibəsində bildirib ki, bu zərbənin məqsədi Rusiyanın hücum planını pozmaq və bölgədə “su tələsi” yaratmaqdır.
Musavat.com
28 Oktyabr 2025
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ