İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəisin işdən qovulmasının ŞOK TƏFƏRRÜATI: Nazir otağına girib və...

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun ikinci oğlunun da vəzifəsindən uzaqlaşdırılması barədə məlumat vermişdik. Beş ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilən Saleh Səmədovun oğlu işdən niyə çıxarılıb?

Musavat.com xəbər verir ki, Oxu24.com məsələ ilə bağlı özəl məlumatlar əldə edib.

Məsələdən bilgili olan mənbənin verdiyi məlumata görə, Şabranda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Toğrul Səmədovla bağlı qərarı şəxsən ədliyyə naziri Fərid Əhmədov özü verib.

Məlumata görə, ədliyyə naziri Fərid Əhmədov cəzaçəkmə müəssisələrinə baş çəkən zaman qarşılaşdığı mənzərədən sonra bu addımı atıb. Belə ki, Toğrul Səmədov iş yerində özü üçün xüsusi dəbdəbəli malikanə yaradıbmış. Tikintidə xüsusilə bahalı materiallardan istifadə olunduğu deyilir.

“Toğrul Səmədovun otağındakı mebellər xaricdən, baha qiymətə alınmışdı. O, bura xeyli miqdarda pul xərcləmişdi”, - deyə mənbə bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR