İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliya 16 yaşdan kiçiklər üçün YouTube-u qadağan edəcək


Avstraliya hökuməti YouTube videohostinq xidmətini 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrə girişini qadağan edən qanuna tabe olan platformalar sırasına daxil etmək qərarına gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Avstraliyanın baş naziri Entoni Albanese bildirib.
"Əhəmiyyətli olan odur ki, Avstraliya hökuməti internet təhlükəsizliyi müvəkkilinin tövsiyələrinə uyğun olaraq, 16 yaşına çatmamış yeniyetmələr YouTube platformasında hesab yarada bilməyəcəklər", - o, Avstraliya mediası tərəfindən yayımlanan mətbuat konfransında bildirib.

Qeyd edək ki, bu günlərdə Türkiyədə də analoji qərar qəbul edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR