Onlayn ictimai-siyasi qəzet
Dünyanın ən məşhur violonçel ifaçısı Stjepan Hauser Azərbaycan musiqisinə xüsusi ehtiramını ifadə edən jest edib.
Musavat.com bildirir ki, sənətçi 8 milyondan çox izləyicisi olan İnstagram hesabında Azərbaycanın məşhur “Sən gəlməz oldun” mahnısını ifa edərək paylaşıb.
Hauserin bu paylaşımı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb və qısa zamanda sosial mediada geniş yayılıb.
Xatırladaq ki, “Sən gəlməz oldun” mahnısının sözləri şairə Mədinə Gülgünə, musiqisi isə Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri olan Ələkbər Tağıyevə məxsusdur. Azərbaycan musiqisində xüsusi yeri olan bu əsərin dünya səviyyəli ifaçı tərəfindən səsləndirilməsi, milli musiqimizin beynəlxalq səviyyədə tanınması baxımından önəmli hadisə kimi dəyərləndirilir.
Qeyd edək ki, klassik və müasir musiqi üslublarını uğurla sintez edən Hauser təkcə “Instagram” platformasında 8 milyondan çox izləyiciyə malikdir. O, həm solo ifaları, həm də “2Cellos” duetinin tərkibində dünya miqyasında tanınıb.
Xalidə Gəray,
Musavat.com
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ