Onlayn ictimai-siyasi qəzet
Masallı rayonunda həyat yoldaşını döymək istəyən kişiyə qaynı balta ilə xəsarət yetirib.
Hadisə Hüseynhacılı kəndində baş verib.
Kənd sakini Azər Əliyev (adı və soyadı şərtidir) yaşadığı evin həyətində həyat yoldaşı ilə mübahisə edib. Qadın mübahisə ilə bağlı atası evinə məlumat verib və onun qardaşı hadisə yerinə gəlib. Bu vaxt ər-arvad arasında yenidən mübahisə başlayıb və Azər həyətdəki balta ilə həyat yoldaşı və qaynına hücum edib. Bu vaxt qaynı baltanı onun əlindən alaraq yeznəsinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, onun əlini sındırıb.
Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyindən cinayət işinə xitam verilib.//Oxu.az
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ