Onlayn ictimai-siyasi qəzet
Rusiyada avtobus sürücülərinin məsuliyyətsizliyi səbəbindən baş verən faciələrin sayı artmaqda davam edir. Növbəti belə hadisə Nijni Novqorod vilayətinin Borski rayonunda qeydə alınıb.
Musavat.com xəbər verir ki, "Mash" Telegram kanalının məlumatına görə, Bor rayonunun Oktyabrsk qəsəbəsində, marşrutun son dayanacağında 20 nömrəli avtobusun sürücüsü 50 yaşlı piyadanı görməyib və onun ayaqlarının üstündən keçib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Yerlı sakinlər uzun müddətdir ki, məhz 20 nömrəli marşrutun sürücülərindən şikayət edirlər. Onların sözlərinə görə, sürücülər dayanacaqlarda saxlamır, sərnişinləri görməməzlikdən gəlirlər.
Şikayətlərini isə “Trans-NN” şirkətinə çatdırmaq mümkün olmur — çünki şirkətdə telefonu qaldıran belə yoxdur.
Hadisə yerli ictimaiyyətdə ciddi narazılığa səbəb olub və məsul şəxslərdən tədbir görülməsi tələb olunur.
Şahanə Rəhimli
Musavat.com
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ