İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan nümayəndə heyəti Özbəkistan MN-in mətbuat xidmətinin fəaliyyəti ilə tanış olub

Özbəkistana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistan Müdafiə Nazirliyində olub və qurumun mətbuat xidmətinin fəaliyyəti ilə yaxından tanış olub.

Musavat.com xəbər verir ki, görüş zamanı tərəflər informasiya təhlükəsizliyi, hərbi sahədə ictimaiyyətlə əlaqələrin təşkili, eləcə də strateji kommunikasiya məsələləri, gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar. Qonaqlar, həmçinin Nazirliyin nəzdində yaradılmış studiyaya baxış keçirib, burada mövcud texniki imkanlar və həyata keçirilən layihələr barədə ətraflı məlumat alıblar.

Sonra “Qələbə parkı” abidə kompleksi və “Şan-şərəf” Muzeyi ziyarət olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 May 2025

BÜTÜN XƏBƏRLƏR