İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu ödənişlər 10 dəfəyədək ARTIRILIR

İcra sənədini könüllü icra etməyən fiziki və hüquqi şəxslər barəsində tətbiq edilən icra ödənişləri artırılır.

Bu, "İcra haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, bu halda alınmalı olan icra ödənişinin məbləği 7 faizdən 10 faizə qaldırılır.

Təklif edilən digər bir dəyişikliyə görə qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat manat miqdarında icra ödənişi alınacaq.

Qüvvədə olan qanuna görə bu məbləğ 11 və 55 manat idi.

Qeyd edilib ki, praktika mövud məbləğlər borclunu icra sənədini vaxtında icra etməyə təşviq etmir. Sözügedən dəyişiklik icra sənədini müəyyən olunmuş vaxtda borclu tərəfindən könüllü icra etməyə stimullaşdırılmaqla icra sənədlərinin vaxtında icrasını təmin etmiş olacaq./modern.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR