Onlayn ictimai-siyasi qəzet
O, ABŞ-də doğulub, amma ürəyi Azərbaycanla döyünür. Cefri Verbok yarım əsrdən çoxdur ki, Azərbaycan muğamına könül verib və onu dünyada tanıdır.
Musavat.com xəbər verir ki, amerikalı musiqiçi AStar TV-yə Azərbaycan muğamına olan sevgisindən danışıb.
O, nəinki tarda, kamançada və qavalda ifa edir, həm də Azərbaycan dilində çox yaxşı danışır.
Verbokun ilk həyat yoldaşı azərbaycanlı olub, lakin onun bu evliliyi uğursuz olur. Tale elə gətirir ki, ölkəmizdə qaçqın düşərgəsində çəkiliş zamanı azərbaycanlı xanımla tanış olur və onunla evlənir.
“50 il əvvəl Azərbaycan musiqisini və mədəniyyətini təbliğ etməyə başlamışam. Kamançanın səsini eşidəndə ona heyran oldum. 1988-ci ildə Alim Qasımov, Ramiz Quliyev, Şəfiqə Eyvazova ABŞ-a konsert verməyə gəlmişdi. Orada Alim Qasımova məktub verərək Azərbaycana gəlmək istədiyimi dedim. Məktubu Xalq şairi Nəbi Xəzriyə vermişdilər, o, məni ölkənizə dəvət etdi. Zeynəb Xanlarova da ABŞ-a gələndə onunla birlikdə səhnə aldım. Mənim Azərbaycanda tanınmağımda Zeynəb xanımın rolu böyükdür. O, mənim ifamı çəkib AzTV-də yayımlatmışdı. Bakıya gələndə hər kəs mənimlə görüşürdü, mən isə təəccüb içində idim. Burada məşhur olmağımdan xəbərim belə yox idi. Daha sonra Bakıda olanda mənə dedilər ki, Heydər Əliyev səninlə görüşmək istəyir. Mən onunla görüşdüm və heyran oldum”
Ətraflı videoda:
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ