Onlayn ictimai-siyasi qəzet
"Azərbaycandan həccə gedən zəvvarların hamısı ümrə ziyarətini edib və həcc günlərinin başlanmasını gözləyirlər".
Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.
O əlavə edib ki, hazırda zəvvarların sağlamlıq durumu da qaydasındadır:
"Dünən son qrup Bakıdan gəldi və ötən gecə onlar da ümrə ziyarətini etdilər. Hazırda zəvvarların hamısı gündəlik işlərlə məşğuldur. Sağlamlıq durumları qaydasındadır, gündəlik ibadətlərini rahat yerinə yetirirlər. Zəvvarların Kəbəni gündəlik ziyarətləri, orada namaz qılmaları üçün şərait yaradılıb, hoteldən avtobuslar mütəmadi işləyir. Zəvvarlar iyunun 4-dən həcc əməllərinin başlamasını səbirsizliklə gözləyirlər".
Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər mayın 25-dən başlayıb. Ümumilikdə 1 250 azərbaycanlı zəvvar təyyarələrlə mayın 31-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyunun 21-dək Vətənə qayıdacaqlar.
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ