Onlayn ictimai-siyasi qəzet
30 may 2025-ci il tarixində İsveçin Göteborg şəhərində 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə bayram əhval-ruhiyyəsində möhtəşəm bir tədbir təşkil olunub.
Musavat.com bildirir ki, tədbiri Göteborgda fəaliyyət göstərən Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib. Tədbirdə Göteborgda və başqa şəhərlərdə yaşayan 60-a yaxın soydaşımız iştirak edib.
Tədbiri Azərbaycan Qarabağ Mərkəzinin və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbəri Ülviyyə Nəcəfova açaraq qonaqları salamlayıb, Dövlət Himnimiz səsləndirilib. Ülviyyə Nəcəfova çıxışında uşaqları təbrik edərək bu əlamətdar günün tarixi və əhəmiyyətindən danışıb. Daha sonra tədbirin aparıcılığı Məsumə Rüstəmliyə həvalə olunub.
Tədbirdə İsveçdə yaşayan azərbaycanlı uşaqlar öz istedad və bacarıqlarını nümayiş etdiriblər:
Zahra Şükürova (Lund şəhəri, 13 yaş) – Ən gənc yazar kimi çıxış edən Zahra öz yazdığı kitabı təqdim edərək, tədbir iştirakçılarına əsəri haqqında məlumat verib.
Hamid və Muhammed Hasanov qardaşları – Ana mövzusunda duyğulu şeir ifaları ilə alqışlanıblar.
Matin Raşadsson – “Mən Türkəm” mahnısını ifa edərək, musiqi dolu anlar yaşadıb.
Oğuzxan Hüseyn və Fatma Hüseyn bacı-qardaşları pianoda ifa etdikləri milli musiqilərimizlə tədbirə xüsusi rəng qatıblar.
Yusif Baxşalizadə – Gənc futbolçu olaraq topla bacarığını nümayiş etdirib.
“Xarıbülbül” rəqs qrupu – Möhtəşəm çıxışları ilə tədbirin ən yaddaqalan hissələrindən birinə çevriliblər.
Rəqs qrupunun üzvləri:
Nazlı İsmayılova, İnci Baxşalizadə, Burla Şirinli, Banuçiçək Şirinli, Melissa Süleymanova, Muhammed Hasanov və Hamid Hasanov.
Qrupun rəhbəri Günel İsmayılova da çıxış edərək uşaqları təbrik edib, səmimi arzularını bölüşüb.
Tədbirin sonunda çıxış edən bütün uşaqlara təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr təqdim olunub. Balacaların üzləri rəngli boyalarla bəzədilib, əyləncəli oyunlar keçirilib və iştirakçılara müxtəlif təamlar təqdim olunub.
Musavat.com
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ