İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirin 2 milyonluq evini yandırmaq İSTƏDİ - SAXLANILDI

Böyük Britaniyada baş nazir Kir Starmerin evini yandırmağa cəhd olunub.

Musavat.com xəbər verir ki, hadisədə şübhəli bilinən 21 yaşlı gənc mayın 13-nə keçən gecə həbs olunub.

London polis idarəsinin yaydığı məlumata görə, saxlanılan şəxs paytaxtın həmin bölgəsində baş vermiş daha iki yanğın cəhdində də şübhəli bilinir. Bunlardan biri avtomobilə, digəri isə yaşayış evinə qarşı olub.

Britaniya KİV-lərinin verdiyi məlumata əsasən, Londonun şimalında yerləşən və təqribən 2 milyon funt sterlinq (təxminən 2,6 milyon dollar) dəyərində olan Kir Starmerə məxsus şəxsi ev ehtimal olunan yanğın cəhdinin hədəfi olub. Həmin ev icarəyə verilir, çünki 2024-cü ilin iyulunda vəzifəyə başladıqdan sonra Starmer ailəsi ilə birlikdə rəsmi iqamətgah olan Dauninq-strit, 10 ünvanında yaşayır.

Hadisə bazar ertəsinə keçən gecə baş verib. Belə ki, naməlum şəxs evin giriş qapısını yandırmağa cəhd edib. Hadisə şahidlərinin sözlərinə görə, alovdan əvvəl güclü partlayış olub və bu, qonşuluqda yaşayan insanları oyadıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İnsidentlə bağlı araşdırma aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR