İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden ötən ilki seçkilərdən danışdı: Seksizm və irqçilik imkan vermədi

ABŞ-ın keçmiş prezidenti Co Bayden hesab edir ki, keçmiş vitse-prezident Kamala Harrisə qarşı seksizm və irqçilik onun 2024-cü il seçkilərində qalib gəlməsinə mane olub.

Musavat.com xəbər verir ki, bunu eks-prezident ABC telekanalına müsahibəsində deyib.

Bayden bildirib ki, Harrisin məğlubiyyəti onun üçün gözlənilməz olmayıb: "Mən məyus oldum, amma təəccüblənmədim və ona görə deyil ki, vitse-prezidentin prezidentliyə layiq insan olmadığını düşünürdüm. O, layiqli insandır, o, ABŞ-ın prezidenti olmaq üçün bütün keyfiyyətlərə malikdir. Amma təəccüblənmədim, çünki onlar (ABŞ prezidenti Donald Trampın seçki kampaniyası – red.) seksizm yoluna düşüblər".

Bayden qeyd edib ki, respublikaçılar kampaniyalarını “qadın, xüsusən də qarışıq irqli qadın ölkəyə rəhbərlik edə bilməz” təbliğatı üzərində qurublar.

Bundan əlavə, ABŞ-ın keçmiş rəhbəri prezidentlik müddətinin sonuna kimi əqli qabiliyyətlərinin azalması ilə razılaşmayıb: "Onlar səhv edirlər. Bunu dəstəkləyəcək heç bir şey yoxdur".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

BÜTÜN XƏBƏRLƏR