İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayram və tətil günlərində sağlam qidalanmanı necə planlamaq olar?

“Qarşıdan gələn bayram və tətil günlərində qidalanma məsələsində xüsusilə diqqətli olmaq lazımdır. Çünki bu dövrdə qeyri-nizamlı və həddən artıq qida qəbulu halları daha çox müşahidə olunur”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

WhatsApp Image 2025-06-25 at 15.14.25.jpeg (80 KB)

Onun sözlərinə görə, bu da tez-tez şişkinlik, kökəlmə, qəbizlik, qaraciyər və mədəaltı vəz yağlanması, şəkər və xolesterin səviyyəsində yüksəlmələrlə nəticələnə bilər:

“Bayram günlərində sağlam qidalanmanı qorumaq üçün öncədən plan qurmaq çox vacibdir. Yemək saatlarını əvvəlcədən müəyyənləşdirmək, səhər yeməyini atlamamaq və gün ərzində fasilələrlə, amma nəzarətli şəkildə qidalanmaq bu baxımdan faydalıdır. Bayram süfrəsində ağır və yağlı yeməklərin yanında lifli tərəvəz salatlarına, yoğurt əsaslı məzələrə, təbii şirələrə və bol suya yer vermək lazımdır. Qızartmalar və un məmulatlarını az qəbul etmək, desertləri isə əsas yeməkdən sonra ən az 2 saat sonra qəbul etmək daha məqsədəuyğundur. Şirniyyata tamamilə qadağa qoymaq əvəzinə miqdarına nəzarət etmək daha real və davamlı yanaşmadır”.

E.Məmmədov bildirib ki, tətil günlərində aktivlik də qidalanma qədər vacibdir:

“Gündəlik olaraq 20-30 dəqiqəlik gəzinti belə, orqanizmin enerjini sərf etməsi və qan dövranının yaxşılaşması üçün kifayət edə bilər. Məsləhət görərdim ki, şəkər, təzyiq, xolesterin və qaraciyər xəstəlikləri olan şəxslər bu günlərdə həkim tövsiyələrinə əməl etməli, dərmanlarını vaxtında qəbul etməli və xüsusilə duzlu, yağlı və şəkərli qidalardan uzaq dursunlar. Bu sadə qaydalar sayəsində bayram günlərini həm zövqlü, həm də sağlam şəkildə keçirmək mümkündür”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR