İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bazarlar çökəcək, dünya silkələnəcək: Bu savaş başlasa, hamı uduzacaq!"

"Hindistan-Pakistan açıq müharibəyə girsə, bunun dalğası təkcə Asiyada yox, bütün dünyada hiss olunacaq. Qlobal ərzaq təhlükəsizliyi ciddi zərbə alacaq. Atmosfer çirklənməsi iqlimi dəyişər, məhsuldarlıq düşər və əsl aclıq problemlemləri artar. Həmin region valyutaları təzyiq altına düşər, investorlar dərhal qaçar. Bir sözlə, iqtisadiyyat hədsiz zədə görər. Geosiyasi baxımdan isə Cənubi Qafqazda təsirlər hiss olunar. Silahlanma balansı təsirlənər, layihələr ləngiyər, diplomatik proseslər dərinləşər".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.

ELDENİZ SON.jpeg (283 KB)

Bununla belə, iqtisadçı müharibənin olacağına ehtimal etmədiyini bildirib:

"Hesab edirəm ki, bunların heç biri olmayacaq. Çünki müharibə baş verməyəcək. Bu savaş nüvə dövlətləri arasında baş versə, nəticəsi "kim qalib gəldi?" yox, "kim sağ qaldı?" sualı olacaq. Heç bir qlobal gücə də bu ssenari sərf etmir. Ərzaq böhranı, enerji təlatümü, bazarların çöküşü, diplomatik domino effekti… Dünya bu riskə getməz.

Ona görə də məncə, bu, bir az da "səs-küy diplomatiyasıdır". Bu dövrdə müharibə silahla yox, bazarlarla aparılır. Kimin silahı çoxdursa, qorxudur, kimin bazarı çoxdursa, yaşayır".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR