İnsanlara hürriyət, millətlərə istiqlal!

BƏƏ İsraillə razılaşdı: 15 min nəfərə...

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Gideon Saar ilə telefon danışığı apararaq onunla BƏƏ-dən Qəzza zolağına humanitar yardımın çatdırılmasına başlamaq barədə razılığa gəlib.

Musavat.com xəbər verir ki, məlumatı Əmirliyin WAM xəbər agentliyi yayıb.

Bildirilir ki, ilk mərhələdə humanitar yardım Fələstin anklavında 15 minə yaxın mülki vətəndaşı ərzaqla təmin edəcək. BƏƏ-nin təşəbbüsü həmçinin Qəzza zolağına çörək zavodları üçün məhsullar və xammal tədarükünü də əhatə edir.

Mayın 18-də İsrail Müdafiə Qüvvələri “Gideonun arabaları” adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub bölgələrində hərbi əməliyyatlara başladığını elan edib. Həmin gün İsrailin baş naziri Benyamin Netanyahunun ofisi elan edib ki, yəhudi dövlətinin səlahiyyətliləri anklavda aclığın qarşısını almaq üçün Qəzza zolağına “baza həcmində” ərzaq idxalına icazə verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR