İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlin və London RAZILIĞA GƏLDİ - Yeni DƏHŞƏTLİ SİLAH hazırlanır

Böyük Britaniya və Almaniya 2000 kilometrdən (1242 mil) artıq uçuş məsafəsinə malik yeni yüksək dəqiqlikli silahın birgə hazırlanmasına başlayır.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi Britaniya hökumətinin bəyanatına istinadən məlumat yayıb.

Layihə 2024-cü ilin oktyabrında imzalanmış ikitərəfli müdafiə paktı çərçivəsində yeni silahların hazırlanmasına dair öhdəlik əsasında həyata keçirilir.

Gözlənilir ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili və Almaniyanın müdafiə naziri Boris Pistorius bu layihəni 15 mayda Berlində keçiriləcək görüş zamanı rəsmən elan edəcəklər.

Bəyanatda layihənin icra müddəti və dəyəri barədə ətraflı məlumat verilməyib.

“Getdikcə daha təhlükəli hala gələn dünyada NATO və Avropa müttəfiqləri birləşir. Bu tərəfdaşlıq bizə müdafiə sektorunu inkişaf motoruna çevirməyə, həmçinin Britaniya və Almaniyada iş yerləri yaratmağa və sərmayələr cəlb etməyə imkan verir”, – deyə Hili bildirib.

Gözlənilir ki, nazirlər həmçinin dəniz patrul və kəşfiyyat təyyarələri üçün birgə torpeda alınmasını və Almaniyanın Britaniya istehsalı olan hərbi körpüləri satın almasını da müzakirə edəcəklər.

Aprel ayında Britaniyanın Müdafiə Nazirliyi ABŞ-la birlikdə hipersəs raketləri üçün mühərrikin altı həftəlik sınaqlarını uğurla tamamladığını elan edib. 

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR