Onlayn ictimai-siyasi qəzet
NATO baş katibi Mark Rutte Rusiyanın İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında yetərincə yüksək səviyyədə təmsil olunmadığını bildirib.
Musavat.com xəbər verir ki, bu barədə “Qordon” media məlumat yayıb.
“Rusiya danışıqlara aşağı səviyyəli nümayəndə heyəti göndərib”, - deyə Rutte Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında açıq şəkildə narazılığını dilə gətirib.
Mark Rutte bu mövqeyin Rusiyanın danışıqlara səmimi yanaşmadığını göstərdiyini vurğulayıb və əlavə edib ki, həqiqi siyasi iradə olmadığı halda sülh prosesi irəliləyə bilməz.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ