Onlayn ictimai-siyasi qəzet
Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev özəl klinikaya köçürülüb.
Bu barədə Musavat.com- a TƏBİB-dən məlumat verilib.
"Dünən saat 14:40 radələrlində 1982-ci il təvəllüdlü şəxs Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbilə müraciət edib.
Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib. Vəziyyəti stabil olan şəxs ailə üzvlərinin istəyilə Bakı şəhərində yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub".
Şahanə Rəhimli
Musavat.com
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ