İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir ayda Rusiyanın neft gəliri 4 milyard dollara yaxın azalıb – Tramp istədiyinə nail olur

Aprel ayında Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər 1,1 milyard dollar (7,7 faiz) azalaraq 13,2 milyard dollara düşüb ki, bu da bir il əvvəllə müqayisədə 3,7 milyard dollar azdır.

Musavat.com Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir ki, ötən ay ölkənin neft və neft məhsullarının ixracının həcmi 2,7 faiz artaraq sutkada 7,6 milyon barelə çatıb (illik əvvəlki göstəricidən sutkada 0,1 milyon barel çox).

Agentlik bildirir ki, neft qiymətləri neft məhsullarından daha sürətlə düşür: “Neft ixracı sutkada 90 min barel artaraq 4,9 milyon barel olub, lakin cəmi 8,4 milyard dollar (mart ayı ilə müqayisədə 8,4 faiz azalma) gəlir əldə edilib”.

BEA xatırladır ki, aprelin ortalarında Çexiyanın baş naziri ölkənin artıq Rusiya xam neftinin idxalından asılı olmadığını bəyan edib.

Hesabata görə, aprel ayında Rusiya Hindistana sutkada 1,8 milyon barel neft və neft məhsulları ixrac edib ki, bu da mart ayı ilə müqayisədə 0,3 milyon barel azdır. Çinə tədarüklər sutkada 0,2 milyon barel artaraq 2,3 milyon barel olub, Türkiyəyə ixrac isə dəyişməz qalıb - 0,7 milyon barel. Digər istiqamətlərə ixrac 1 milyon barel olub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp özündən əvvəlki Co Bayden administrasiyasını Rusiyaya qarşı enerji sahəsində effektiv addımlar atmamaqda ittiham edir. O dəfələrlə bildirib ki, neft qiymətlərini aşağı salmaqla Rusiyanı sülhə daha tez məcbrr etmək mümkündür. Onun fəaliyyəti sayəsində mart-aprel aylarında neft qiymətləri 75-80 dollarlıq həddən 60-65 dollara qədər düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR