Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton El Pais qəzetinə müsahibəsində Donald Trampın əsas məqsədinin Ukraynada sülhə nail olmaq deyil, Nobel Sülh Mükafatını qazanmaq olduğunu bildirib.
Musavat.com xəbər verir ki, Boltonun sözlərinə görə, Trampın əsas motivasiyası şəxsi şöhrət və tarixdə necə xatırlanacağı ilə bağlıdır:
"Tramp hələ Barak Obamaya Nobel Sülh Mükafatı verildiyi vaxtdan bu mükafatı almaq istəyir. Onun fikrincə, Obama bunu layiq olmadan əldə edib. Tramp üçün fərqi yoxdur — bu mükafatı Ukrayna, Yaxın Şərq və ya Hindistanla Pakistan arasında vasitəçilik səyləri sayəsində alacaq. Əsas olan nəticədir."
Bolton əlavə edib ki, Tramp Ukrayna ilə bağlı sülh təşəbbüslərindən bir müddət sonra imtina edərək, daha sürətli nəticə verə biləcək başqa bir qlobal münaqişəyə fokuslana bilər.
O, həmçinin vurğulayıb ki, Tramp siyasi nəticələr barədə düşünmür, çünki üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmək fikrində deyil:
"Onu yalnız öz reputasiyası və gələcəkdə insanlar tərəfindən necə xatırlanacağı maraqlandırır."
Musavat.com
01 Iyun 2025
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ