Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Kral Donanmasına məxsus ən iri və müasir aviadaşıyıcı gəmi olan "HMS Queen Elizabeth" Süveyş kanalından keçərək hərəkətini davam etdirir.
Musavat.com xəbər verir ki, bu barədə OSINT mənbələri məlumat yayıb.
Gəminin bölgədəki gərgin vəziyyət fonunda irəliləməsi Londona məxsus qüvvələrin regional fəallığının artması kimi qiymətləndirilir.
Hazırda gəminin dəqiq hədəfi açıqlanmasa da, onun tərkibində onlarla döyüş təyyarəsi və helikopter, eyni zamanda müasir radar və müdafiə sistemləri olduğu bildirilir.
İqbal RZAYEV,
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ