İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Ukraynaya hava hücumundan müdafiə sahəsində yeni yardım ayırır

Böyük Britaniyanın baş naziri Kir Starmer iyunun 25-də Ukraynaya əlavə hava hücumundan müdafiə yardımını elan edəcək.

Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniyanın müdafiə naziri Con Hili Haaqada NATO İctimai Forumunda çıxışı zamanı açıqlayıb: "Biz Ukraynanın ehtiyaclarını ödəməyə çalışırıq. Siz sabah baş nazirdən Ukraynaya hava hücumundan müdafiəni gücləndirmək üçün Böyük Britaniyanın yardımı ilə bağlı əlavə açıqlamalar eşidəcəksiniz".

Hili həmçinin bildirib ki, London atəşkəsdən sonra könüllü koalisiyanın bir hissəsi kimi öz qoşunlarını Ukraynaya göndərməyi hələ də nəzərdən keçirir. Eyni zamanda o, Qərb ölkələrinin uzunmüddətli məqsədini Ukraynanın öz təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilməsi üçün “hərbi gücünü bərpa etmək” adlandırıb. Bununla bağlı Hili qeyd edib ki, Böyük Britaniya və Ukrayna ikitərəfli hərbi-sənaye əməkdaşlığını genişləndirəcəklər.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR