Onlayn ictimai-siyasi qəzet
Yeni laboratoriya araşdırması məşhur diş pastalarında ağır metalların olduğunu üzə çıxarıb.
Musavat.com xəbər verir ki, ABŞ-nin “Lead Safe Mama” təşkilatı tərəfindən test edilən 51 məhsulun 90%-də qurğuşun, 65%-də arsen, 47%-də civə, 35%-də isə kadmium tapılıb.
Araşdırmaya “Crest”, “Colgate”, “Sensodyne”, “Orajel”, “Burt’s Bees”, “Tom’s of Maine” və “Salam” kimi tanınmış markalar da daxildir.
Qeyd edək ki, bu markalardan bəziləri Azərbaycanda, demək olar ki, bütün marketlərdə satışdadır.
Mütəxəssislərin sözlərinə görə, bu maddələr öyrənmə pozğunluğu, autizmə bənzər simptomlar və ürək-damar xəstəlikləri ilə əlaqələndirilə bilər.
Xüsusilə uşaqlar üçün nəzərdə tutulan məhsulların belə təhlükəli maddələr içerməsi narahatlıq doğurur.
Musavat.com
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ