İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu meyvə ürəyin dərmanı imiş - MÖCÜZƏ

Mütəxəssislər tərəfindən “ürəyin təbii dərmanı” adlandırılan nar sağlamlığa olan təsiri ilə diqqət çəkir.

Musavat.com xəbər verir ki, antioksidantlarla zəngin olan bu meyvə qan dövranını yaxşılaşdırır, damarları təmizləyir və ürək xəstəliklərinin qarşısını almaqda mühüm rol oynayır.

Araşdırmalar göstərir ki, narın tərkibindəki fitokimyəvi maddələr xolesterolu tənzimləyir, yüksək qan təzyiqini salır və ürəyin normal ritmini qoruyur. Həmçinin, bu meyvə qan damarlarında tıxanıqlığın qarşısını alaraq infarkt riskini azaldır.

Daimi olaraq nar yemək və ya onun təbii suyunu qəbul etmək, ürək-damar sistemi üçün olduqca faydalıdır. Bu səbəbdən mütəxəssislər narın mütləq rasiona daxil edilməsini tövsiyə edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR