İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, Rusiyanın yalanıdır – Ukrayna müharibəni uduzmur!” – ABŞ senatorundan sərt mesaj

ABŞ Senatının Respublikaçı üzvü Lindsi Qrehem Kiyevə səfəri zamanı verdiyi bəyanatlarla gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Ukraynanın paytaxtında keçirdiyi mətbuat konfransında senator Qrehem Ukraynanın məğlubiyyətə uğradığına dair yayılan fikirləri qətiyyətlə rədd edib və bunları “Rusiyanın təbliğat kampaniyasının tərkib hissəsi” adlandırıb.

“Ukrayna bu müharibəni uduzmur. Sadəcə xəritəyə baxmaq kifayətdir. Bir il əvvəlki xəritəyə və bu günə baxın – demək olar ki, dəyişməyib”, – deyə Lindsi Qrehem bildirib.

Senator həmçinin Rusiyaya qarşı iqtisadi təzyiqlərin gücləndirilməsi çağırışı ilə çıxış edib. O, xüsusilə Avropa İttifaqını Rusiyadan neft alışını azaltmağa və neftə tətbiq edilən “qiymət tavanı”nı daha da aşağı salmağa çağırıb:

“Əgər Avropa bu addımı atarsa, bu, Rusiya hərbi maşınına ciddi zərbə olacaq. Biz bu təşəbbüsləri Senatda müzakirəyə çıxaracağıq. Liderlərimizlə bu məsələləri qaldıracağam.” 

Qrehem bildirib ki, qarşıdakı həftə ABŞ Senatında Ukrayna nümayəndələrinin iştirakı ilə xüsusi brifinq keçiriləcək və orada bu mövzular geniş şəkildə müzakirə olunacaq.

Senator çıxışında Çinə qarşı tətbiq edilən sanksiyaların da daha vahid şəkildə icra olunmasının vacibliyini vurğulayıb: “Çinlə bağlı sanksiyalar da koordinasiyalı olmalıdır. Biz bu istiqamətdə də fəaliyyət göstərəcəyik.”

Qeyd edək ki, Qrehemin bu çıxışı fonunda Ukraynanın bir şəhərində çəkilmiş görüntülərdə o, Rusiya neftinin 70 faizinin hələ də dünya bazarlarında satıldığını qeyd edir. Bu, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların effektivliyi ilə bağlı suallar doğurur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR