Onlayn ictimai-siyasi qəzet
“İqlim dəyişikliyi bütün sahələrə, xüsusilə kənd təsərrüfatı sahəsinə təsir göstərir. Adaptasiya tədbirləri necə həyata keçirilməlidir, həm beynəlxalq tərəfdaşlar, həm də ölkəmizdə fəaliyyət göstərən dövlət qurumlarının Bakı İqlim Həftəsində bir araya gəlməsi bu sahəyə veriləcək töhfələrdən biridir”.
Musavat.com xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Nazir müavini qeyd edib ki, Azərbaycan üçün quraqlq problemi çox aktualdır:
“Azərbaycan iqlim dəyişikliyi ilə bağlı məsələlərdə üst sıraya su məsələlərini qoyur. Quraqlıq həm ərzaq təhlükəsizliyinə, həm də kənd təsərrüfatındakı məşğulluğa təsir göstərə bilər. Son bir neçə ildə Azərbaycanda müasir suvarma təşfiq edilir. Bu sahədə güzəşt və subsidiya tətbiq olunur. Bu da məhsuldarlığa müsbət təsir edir”.
Nigar HƏSƏNLİ
Musavat.com
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ