İnsanlara hürriyət, millətlərə istiqlal!

Cərimədən müavinətə: Əhalini artırmaq üçün pul paylanacaq

Çin doğum səviyyəsini artırmaq məqsədilə ölkə üzrə yeni maliyyə dəstək proqramına start verir.

Musavat.com xəbər verir ki, yeni təşəbbüs çərçivəsində ailələrə hər uşaq üçün illik 3600 yuan (təxminən 500 ABŞ dolları) müavinət veriləcək.

Bu yardım uşaq üç yaşına çatana qədər ödəniləcək. Əvvəlki regional proqramlardan fərqli olaraq, bu dəfə güzəştlər yalnız ikinci və üçüncü uşaqlara deyil, həm də ilk doğulan körpələrə şamil olunacaq.

Bu addım son illərdə ölkədə doğum göstəricilərinin kəskin azalması fonunda atılıb. Belə ki, 2016-cı ildə 17,9 milyon olan doğum sayı 2024-cü ildə cəmi 9,54 milyona düşüb. Hazırda Çində doğum nisbəti 1,2-dir ki, bu da əhalinin təbii artımı üçün kifayət etmir.

Qeyd edək ki, Çin yalnız 2021-ci ildə üçüncü və daha çox uşaq dünyaya gətirən ailələrə tətbiq olunan cərimələri ləğv edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR