Onlayn ictimai-siyasi qəzet
"Fənərbaxça"lı azarkeşlərin Real Madridin futbolçusu Brahim Diazın arxasınca getdiyi iddia edilib.
Musavat.com xəbər verir ki, iddialardan sonra “Fənərbaxça” azarkeşləri mərakeşli ulduzun sosial şəbəkədəki paylaşımlarını mesajlarla doldurub.
"Fənərbağça"nın bazar dəyəri 40 milyon avro olduğu bildirilən "Real Madrid"in futbolçusu Brahim Diazla maraqlandığına dair söz-söhbətlər yayılmağa başlayıb. Bu söz-söhbətlərdən sonra “Fənərbaxça” azarkeşləri 25 yaşlı futbolçunun sosial media hesablarına durmadan şərhlər yazıblar.
"Fənərbaxça" azarkeşləri Arda Gülərin yaxın dostuna mesajlar yağdırıb.
Azarkeşlər Brahim Diazın paylaşımlarına "Fənərbaxçaya gəl" şərhini yazıblar. Keçmiş "Fənərbağça"nın futbolçusu Arda Gülər ilə də yaxın münasibəti olan Diaz ötənilki çempionat şənliklərində "Arda Gülər mənim kiçik qardaşım kimidir. Demək olar ki, həmişə bir yerdəyik. O, bir ailə kimidir" demişdi.
Turan Oruc
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ