İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kanada ilə bağlı QƏRAR VERDİ - Avqustun 1-dən...

ABŞ prezidenti Donald Tramp Kanadaya tətbiq edilən tarifləri 25 faizdən 35 faizə qaldırıb.

Musavat.com xəbər verir ki, məlumat Ağ Evin açıqlamasında yer alıb:

"Bu gün Prezident Donald Tramp Kanadaya tarifin 25 faizdən 35 faizə yüksəldilməsi haqqında sərəncam imzalayıb. Bu yüksək tarif 2025-ci il avqustun 1-dən qüvvəyə minəcək".

Qeyd olunur ki, Trampın hərəkətləri Kanadanın “davamlı fentanil axınının qarşısını almaqda əməkdaşlıq etməməsinə” və “prezidentin bu qeyri-adi və ekstraordinar təhlükəni aradan qaldırmaq üçün atdığı addımlarına” görə ABŞ-dan qisas almmasına cavabdır.

Bəyanatda vurğulanır ki, ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA) çərçivəsində güzəştli tarif rejiminə uyğun olan mallar yeni tariflərdən azaddır.

Bu arada Ontario qubernatoru Doug Ford tarif artımlarını narahatedici adlandırıb və Ottavanın Amerikadan polad və alüminium idxalına 50 faiz rüsumla cavab verməli olduğunu deyib: “Kanada düzgün razılaşmadan başqa heç nə ilə kifayətlənməməlidir. Geri çəkilmək vaxtı deyil. Biz öz mövqeyimizdə dayanmalıyıq".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR