Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, YCT-529 adlı bu yeni nəsil dərman kişiləri “planlaşdırılmamış atalıq” qorxusundan azad etməyə gəlir.
Əsas hiylə buradadır: dərman A vitamininin kişi orqanizmində məhsuldarlığı qoruyan funksiyasını ehtiyatla bloklayır. Necə? Retinoik turşu formasında olan A vitamininin xayalarda bağlandığı xüsusi zülalı sıradan çıxarır və nəticədə sperma istehsalı dayanır.
Qorxmayın, bu proses geri dönəndir! Yəni bir gün fikrinizi dəyişsəniz, dərmanı kənara qoyursunuz, məhsuldarlıq isə qayıdır.
Öncə siçanlar üzərində aparılan testlər bir ayda 99% effektiv nəticə verib. Meymunlarda (laborator meymunlarda) isə iki həftə ərzində sperma səviyyəsi kəskin azalıb. İndi sıra insanlardadır – ilkin sınaqlar göstərir ki, nə ürək, nə hormon, nə də ümumi sağlamlıq risk altındadır.
Bu dərmanla artıq “uşaq istəmirdim, amma oldu” dövrü tarixə çevrilə bilər. Sınaqlar tam uğurla nəticələnsə, gələcəkdə kişilər üçün “aylıq kontraseptiv rejim” adi hal ola bilər.
Alimlər deyir ki, gələcəkdə bu həb “kişi üçün doğum nəzarətinin yeni dövrünü” başlada bilər!
Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ