Onlayn ictimai-siyasi qəzet
Pekin şirkəti "Noetix Robotics" cəmi 1400 dollara başa gələn "Bumi" adlı kiçik ölçülü insanabənzər robotu təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Mütəxəssislərin fikrincə, bu qiymət robot sənayesində əsl irəliləyiş sayıla bilər. Çünki bu məbləğ robotları təkcə iri şirkətlər üçün deyil, adi insanlar üçün də əlçatan edir.
Məlumatda bildirilir ki, yeni "Bumi" modeli sadə tapşırıqları yerinə yetirə bilir, həmçinin məişətdə və tədrisdə yardımçı kimi istifadə oluna bilər.
Müqayisə üçün qeyd olunur ki, əvvəlki Çin modellərindən biri olan "Unitree R1" təxminən 6000 dollara satılırdı.
Musavat.com
26 Oktyabr 2025
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ