İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çırağan"da təhlükəsizlik tədbirləri GÜCLƏNDİRİLDİ - Tarixi görüşə saatlar qaldı - VİDEO

İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında gözlənilən danışıqların üçüncü raundu öncəsi Türkiyə tərəfi təhlükəsizlik tədbirlərini gücləndirib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, jurnalistlər artıq kompleksin girişində toplaşıblar, lakin hələlik onların əraziyə daxil olmasına icazə verilmir.

Sarayın girişində polis əməkdaşları növbə çəkir, yoxlama çərçivələri quraşdırılıb və gələn avtomobillər diqqətlə yoxlanılır. Hazırda ərazidə mətbuat üçün çadırlar və kameralar üçün xüsusi meydança qurulur.

Türkiyə mediasının məlumatına görə, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların üçüncü raundunun bu gün yerli vaxtla saat 19:00-da keçirilməsi planlaşdırılır. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Danışıqların əvvəlki raundu burada, iyunun 2-də Çırağan sarayında baş tutub.

TASS agentliyinə danışan mənbənin sözlərinə görə, Rusiya nümayəndə heyəti danışıqların üçüncü raundunda iştirak etmək üçün Moskvadan İstanbula yola düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR