Onlayn ictimai-siyasi qəzet
Boliviyada yüngülmühərrikli təyyarənin Amazon bataqlığında qəzaya uğramasından təxminən iki gün sonra beş nəfər - pilot, üç qadın və bir uşaq xilas edilib.
Musavat.com xəbər verir ki, 27 yaşlı pilot Andres Velarde təyyarəni təcili endirə bilib, lakin eniş timsah yuvasının yaxınlığında baş verib.
Pilotun sözlərinə görə, sərnişinlərin həyatını sürünənlərin tökülən yanacağın kəskin qoxusundan qorxması xilas edib.
İnsanlar təxminən 36 saatı timsahlarla əhatələnmiş bataqlıqda, qəzaya uğramış təyyarənin damında keçiriblər. Onlar yalnız təyyarədən götürdükləri şokolad və manok unuyla qidalanıblar.
İqbal RZAYEV,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ