İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir təyyarə QƏZASI - Ekipaj İTKİN DÜŞDÜ

Qazaxıstanın Qızılorda bölgəsində An-2 tipli təyyarə fövqəladə eniş etmək məcburiyyətində qalıb.

Musavat.com xəbər verir ki, hadisə barədə məlumat operativ xidmətə daxil olduqdan sonra axtarış-xilasetmə işlərinə start verilib. Təyyarənin koordinatları yalnız 8 saatlıq axtarışdan sonra müəyyən edilib.

Bildirilir ki, Tan-Kumkol istiqamətində uçuş həyata keçirən təyyarədə 3 nəfər heyət üzvü olub. Onlarla əlaqə qəfil kəsildiyindən, uzun müddət yerini müəyyənləşdirmək mümkün olmayıb.

Nəhayət, gecə saatlarında itkin düşən ekipaj çöl ərazisində salamat halda aşkarlanıb və Terenözək kəndinə təxliyə edilib. Onların heç birinin tibbi yardıma ehtiyacı olmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR