Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Amasya vilayətinin Merzifon rayonunda baş verən dəhşətli hadisə ictimaiyyəti sarsıdıb.
Musavat.com xəbər verir ki, 28 yaşlı Murat K. evdə anası 59 yaşlı Saliha K. ilə mübahisə zamanı onu bıçaqlayaraq qətlə yetirib.
Hadisə yerinə gələn polis əməkdaşları Murat K.-nı saxlayıblar.
Hadisə 4 may 2025-ci il tarixində saat 18:00 radələrində Sofular məhəlləsinin Fidan küçəsində baş verib. Saliha K.-nin evindən gələn mübahisə səslərini eşidən qonşular dərhal polisə məlumat veriblər. Əraziyə gələn polis əməkdaşları mənzilin qapısının kilidli olduğunu müəyyən ediblər. Xilasetmə qruplarının köməyi ilə qapı açıldıqda, Saliha K.-nin bədənində çoxsaylı bıçaq xəsarətləri ilə qanlar içində olduğu aşkarlanıb. Onun hadisə yerində həyatını itirdiyi təsdiqlənib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl də ana ilə oğul arasında mübahisə yaşanıb və bu barədə polisə məlumat verilib. Lakin polis əməkdaşları hadisə yerinə gəldikdə, Saliha K. bunun sadəcə ailədaxili mübahisə olduğunu bildirərək şikayətçi olmayıb.
Hazırda hadisə ilə bağlı istintaq davam edir.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ