İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-dən açıqlama-Pənahovlar işgəncə ittihamlarına niyə susur?

MSK sədrinin oğlundan qaçan xanımı qoruma altına alınır

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işğəncələrdən Bakıya qaçması haqda xəbər ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Musavat.com xəbər verir ki, Məzahir Pənahov xəbərdə adı keçən oğluna 2022-cü ilin yayında “Fairmont” hoteldə dəbdəbəli toy edib. O, Həlimə adlı xanımla ailə qurub. Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar və nüfuzlu iş adamları iştirak edib.

İndi bu evlilikdən 17 ay sonra məişət zorakılığının qurbanı olan qadın haqqin.az-a saytının redaksiyasına müraciət edib. Bildirilir ki, yeni evlənənlər ABŞ-da, Los-Ancelesdə MSK sədrinin oğluna aldığı 2 milyon 35 min 400 dollara dəbdəbəli villasında yaşayıblar. Evli cütlük Britaniyanın – “Halifax”, “Natwest”, həmçinin Dubay, hətta Amerika banklarında hesabları olub və bu hesablardan milyonlar xərclənib. Yeni evlənənlərin şirin həyatı Məhəmməd Pənahovun pis vərdişlərə, ilk növbədə spirtli içkilərə aludəçiliyə ortaya çıxandan sonra başlayıb. Məsələn, Məhəmməd Pənahov bir dəfəyə 26 butulka pivəni boşaldıb, sonra isə boş şüşələri hamilə arvadına atıb. Pənahovun belə aludəçiliyi qadına qarşı çoxlu qan və zorakılığa səbəb olur və hamilə arvadı övladını itirir. 17 aylıq evlilikdən sonra qadın bu həyata dözməyərək villadan qaçmaq qərarına gəlib. Valideynləri dəfələrlə Kaliforniya polisi ilə əlaqə saxlamağı tövsiyə ediblər, lakin o, xilasını Bakıya qaçmaqda görüb.

Haqqın.az yazır ki, qadın Bakıda da dinclik tapmayıb. Belə ki, Məhəmməd Pənahov qadına hədə-qorxu gəlməkdə və təhdidlərə davam edib. 

846311_src.jpg (73 KB)

Bildirilir ki, qadın boşanma iddiası ilə Binəqədi Məhkəməsinə müraciət edib.

Hələ ki, nə MSK sədri, nə onun ailəsi məsələyə münasibət bildirməyiblər. Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elşad Hacıyevin sözlərinə görə, hazırda bu hadisə ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, o, əmin edib ki, müvafiq məlumatlar daxil olduqdan sonra Daxili İşlər Nazirliyi dərhal rəsmi açıqlama verəcək. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu da baş verənlərə münasibət bildirib. Ombudsman müraciətində zərərçəkmiş qadını qəbul etməyə və ona hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.(haqqın.az). Bundan əlavə işə psixoloq və sosial işçi cəlb olunacaq və o, qadının mövcud vəziyyətdən çıxması üçün əlindən gələni edəcək.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da bildirib ki, MSK sədrinin oğlıundan qaçan qadın qoruma altına alına bilər. “Zorakılığa məruz qalan bu qadın istəsə, sığınacaqda yaşaya bilər. Sosial işçilərimiz ona bu gərgin vəziyyətdən çıxmağa kömək edər”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR