Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 10-da Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.
Musavat.com xəbər verir ki, söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunulub.
MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasının aktual məsələlərin müzakirəsinə yaxşı imkan yaratdığı qeyd edilib.
Görüşdə Azərbaycan və Tacikistan prezidentləri əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıblar və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Musavat.com
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ