Onlayn ictimai-siyasi qəzet
Qurban bayramında süfrələrdə aparıcı yer tutan qırmızı ət, mütəxəssislərin fikrincə, bilincsiz şəkildə istehlak edildikdə sağlamlıq problemlərinə səbəb ola bilər.
Musavat.com bildirir ki, türkiyəli həkim Merve Bayram Qurban bayramında ət istehlakının artmasının xüsusilə xroniki xəstəlikləri olan şəxslərdə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
O, qırmızı ətin yüksək keyfiyyətli zülal, dəmir, sink, fosfor və B12 vitamini ilə zəngin qida olduğunu bildirib.
"Ancaq qırmızı ət tərkibindəki doymuş yağ və xolesterin olduğu üçün normada istehlak edilməlidir. Təzə kəsilmiş əti dərhal istehlak etmək "rigor mortis" səbəbindən həzmi çətinləşdirə bilər. Ona görə də istehlakdan əvvəl ətin ən az 12-24 saat dincəlməsi tövsiyə olunur" - həkim qeyd edib.
M.Bayram sağlam fərdlər üçün gündəlik qırmızı ət istehlakının həftədə 2-3 dəfə 90-120 qramı keçməməsi lazım olduğunu, ətin bişirilmə üsulunun da sağlamlıq baxımından mühüm faktor olduğunu vurğulayıb:
"Ət bişirilərkən qızartma və ya qovrulma yerinə qaynama, bişmə və ya qril üsullarına üstünlük verilməlidir, izqara və odda bişirilməzsə, yüksək istilik ətin daxili hissəsinə çatmadan yanmasına səbəb olur ki, bu da vəziyyət zülal və B qrupu vitaminlərinin itirilməsinə səbəb olur".
Həkim ürək-damar, hipertoniya, şəkər kimi xroniki xəstəlikləri olan şəxslərə xüsusi xəbərdarlıqlar edib:
"Bu şəxslər donuz piyi, quyruq yağı kimi doymuş yağ mənbələrindən uzaq durmalı, əti mümkünsə öz yağında bişirməli, yağ əlavə etməməlidir. Yağsız və ya az yağlı ətlərə üstünlük verilməli, porsiya nəzarəti təmin edilməlidir" dedi.
Mütəxəssis bayram səhəri acqarına ət istehlakının mədə narahatlığına səbəb ola biləcəyini ifadə edəib:
"Günə balanslı səhər yeməyi ilə başlamaq vacibdir. Yağsız pendir, tam taxıl çörəyi, mövsümə uyğun göyərti kimi qidalar həzmi asanlaşdırır".
Merve Bayram ətin hissələrə bölünərək dərin dondurucuda saxlanmasının, ərimə prosesinin isə soyuducunun alt rəfində aparılmasının vacibliyini vurğulayıb. O, həmçinin xatırladıb ki, çiy ətin meyvə-tərəvəzlə təmasdan çəkinmək lazımdır.
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ