İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə XƏBƏRDARLIQ: 2030-cu ildə yalnız bu 5 peşə qalacaq

Süni intellekt sahəsinin tanınmış tədqiqatçısı Dr. Roman Yampolskiy yaxın illərdə qlobal əmək bazarında kəskin dəyişikliklərin qaçılmaz olacağını bildirib. Onun fikrincə, 2030-cu ilə qədər insan əməyinin rolu tarixdə görünməmiş dərəcədə azalacaq.

Musavat.com-un xarici mediaya istinadən xəbərinə görə, mütəxəssis hesab edir ki, ümumi süni intellekt (AGI) təxminən 2027-ci ildə tam formalaşacaq və bu texnologiya bir çox sahələrdə insan işçilərinin yerini tutacaq. Yampolskiy vurğulayıb ki, robotlar və süni zəka sistemləri həm sürət, həm də xərclər baxımından insanlardan qat-qat səmərəli işləyəcək və nəticədə insan əməyinin iqtisadi mənası demək olar ki, qalxmayacaq.

Onun proqnozuna görə, bu prosesin təsiri ilə 2030-cu ildə qlobal işsizlik səviyyəsi 99 faizədək arta bilər. Bununla belə, Yampolskiy bəzi peşələrin hələ də mövcudluğunu qoruyacağını deyib. Bunlara əl işləri və sənətkarlıq, psixoloq və terapevtlər, məsləhətçilər və HR mütəxəssisləri, süni zəka təhlükəsizliyinə nəzarət edənlər və insanlarla texnologiya arasında əlaqə yaradan peşəkarlar daxildir.

Alim hesab edir ki, bu dəyişikliklərin qarşısını almaq mümkün deyil, amma cəmiyyət buna hazırlaşmağı və texnologiya ilə uyğunlaşmağı öyrənməlidir:

“Texnologiyanın inkişafını dayandıra bilmərik, lakin onunla birlikdə yaşamağı bacarmalıyıq,” – deyə Yampolskiy bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR