İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri “Global CyberDrill 2025” tədbirində iştirak ediblər

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Global CyberDrill 2025” tədbirində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndələri iştirak ediblər.

Tədbir Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Telekommunikasiya İnkişaf Bürosu və Birləşmiş Ərəb Əmirliklərinin Kibertəhlükəsizlik Şurasının (UAE Cybersecurity Council) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin ilk günü inkişaf etməkdə olan ölkələrin üzləşdiyi kibertəhlükəsizlik trendləri və bu problemlərin rəqəmsal iqtisadiyyatla dayanıqlı inkişaf sahələrinə təsiri mövzusunda yüksəksəviyyəli panel müzakirələri ilə açılıb. Tədbirin növbəti iki günü ərzində isə 130 ölkənin milli CERT nümayəndələrinin iştirakı ilə real kiberinsident ssenarilərinə əsaslanan texniki yarışma təşkil olunub. Yarışmada “APT Compromise Detection and Investigation” və “OSINT Dark Web Investigation of Terrorist Cyber-Attack” mövzularında ssenarilər üzrə praktiki tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, yarışmanın ikinci kateqoriyası üzrə ETX əməkdaşı Ayxan Hüseynli yüksək nəticə göstərərək 5-ci yeri qazanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR