İnsanlara hürriyət, millətlərə istiqlal!

Bastrıkin azərbaycanlıların öldürüldüyü iş üzrə hesabat tələb etdi - məsələ artıq Moskvada nəzarətdədir, amma...

Yekaterinburqda baş verən dəhşətli hadisə ilə bağlı Rusiya hakimiyyəti nəhayət hərəkətə keçib. Xatırladaq ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı, ikisi qardaş olmaqla, azı 5 nəfər azərbaycanlı vəhşicəsinə öldürülüb. Hadisə Rusiyada yaşayan azərbaycanlı icması və bütövlükdə Azərbaycan cəmiyyətində dərin hiddət doğurub. Sosial şəbəkələrdə bu hadisə açıq şəkildə milli ayrı-seçkilik və qəddar davranış nümunəsi kimi qiymətləndirilir.

Musavat.com Report-a istinadla xəbər verir ki, artıq Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin şəxsən məsələni nəzarətə götürüb.

Komitənin rəsmi məlumatında bildirilir ki, Sverdlovsk vilayətində ötən illərin xüsusilə ağır cinayət əməlləri üzrə başlanmış işlərin istintaqı çərçivəsində Azərbaycan əsilli Rusiya vətəndaşlarının saxlanılması və onlardan ikisinin ölümü ilə bağlı yayılan məlumatlar diqqətlə araşdırılacaq.

Bastrıkin İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə rəhbəri vəzifəsini icra edən A.D.Nadbitova vəziyyətlə bağlı ətraflı hesabat təqdim etməyi tapşırıb. Qeyd olunub ki, bu iş artıq Moskvanın – Komitənin mərkəzi aparatının birbaşa nəzarətindədir.

Hadisənin ölkə səviyyəsində bu dərəcədə diqqətə alınması Rusiyanın məsələyə nəhayət ciddi yanaşdığını göstərir. İndi cəmiyyət bu işin necə nəticələnəcəyini, günahkarların cəzalandırılıb-cəzalandırılmayacağını izləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR