İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli DANIŞDI - VİDEO

"Ailə olaraq böyük bir müsibətə düçar olmuşuq. Mənim iki qardaşımı Rusiyanın yırtıcı polisi, dırnaqarası hüquq-mühafizə orqanları evlərindən vəhşicəsinə, gecənin bir yarısı döyə-döyə aparıblar. Bu, mənim ailəmin faciəsidir".

Musavat.com xəbər verir ki, bunu İTV-yə açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, jurnalist Seyfəddin Hüseynli deyib.

O bildirib ki, tək qardaşları deyil, digər qohumları da basqınla aparılıb:

"Onların arasında 30 ildən artıq Rusiyada yaşayan soydaşlarımız da var. Qondarma səbəblərlə, ən ağır formada insanların evinə basqın etmək, ailə üzvlərinə təzyiq etmək və işgəncə vermək, bütün ailənin telefonunu əlindən alıb onları ətrafdan təcrid etmək yırtıcı bir hərəkətdir.

Mənim iki qardaşım günahsız olduqları halda işgəncə ilə onları öldürdülər. Həmvətənlərimizə elektrik cərəyanı verilib, şikəst edilib. Yalnız dövlətimizin müdaxiləsi və diplomatik qüvvələrin köməyi ilə onlara tibbi xidmət göstərilib. Buna qədər isə onlara işgəncə vermək cəlladlıqdır".

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR