İnsanlara hürriyət, millətlərə istiqlal!

Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"

Tacikistan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon EC-nın 17-ci Zirvə görüşündə bildirib.

Onun sözlərinə görə, region ölkələri ilə ticari-iqtisadi əməkdaşlıq Tacikistanın xarici siyasətinin əsas istiqamətlərindən biridir: “Ticarət və maliyyə, enerji, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı regionun inkişafı üçün ilkin şərtdir. 2024-cü ildə Tacikistanın ticarət dövriyyəsində ECO-ya üzv ölkələrdəki payı 33 % təşkil edib. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 18 %-lik artım deməkdir. Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsinin artırmaqda maraqlıdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR