İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Pezeşkianla görüşdü: Çindən səmimi GÖRÜNTÜLƏR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çində keçirilən tədbir çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşüb.

Musavat.com xəbər verir ki, liderlər səmimi görüntülər sərgiləyiblər.

Məlumata görə, görüşdə Cənubi Qafqazda sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

İran Prezident Administrasiyasının açıqlamasında qeyd olunub ki, Pezeşkian regiondan kənar qüvvələrin hər hansı formada bölgədə mövcudluğuna qarşı çıxdığını bildirib.

O, həmçinin Ərdoğanın yaxın vaxtlarda Tehrana rəsmi səfər edəcəyinə ümid etdiyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR