Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Niderlandın Haaqa şəhərində görüş keçiriblər.
Musavat.com xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının verdiyi məlumata görə, danışıqlar zamanı əsas müzakirə mövzuları Ukraynadakı münaqişə və Yaxın Şərqdəki vəziyyət olub.
Tərəflər regional sabitlik, terrorla mübarizə və humanitar böhranlar mövzusunda fikir mübadiləsi aparıblar. Görüşün detalları açıqlanmasa da, diplomatik mənbələr onu “konstruktiv” və “ikitərəfli əməkdaşlığın davamı üçün mühüm addım” kimi dəyərləndirirlər.
Ərdoğan-Tramp təması NATO daxilində son gərginliklər və beynəlxalq siyasətdə yeni balans axtarışları fonunda xüsusi əhəmiyyət kəsb edir.
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ