İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan Qəzza AÇIQLAMASI: Sülhün yeganə yolu...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Yaxın Şərqdə ədalətli və davamlı sülhün yeganə yolu 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasıdır.

Musavat.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Ərdoğan bu fikirləri Misirdən qayıdarkən təyyarədə jurnalistlərlə söhbətində səsləndirib. O, Şarm əl-Şeyxdə keçirilən və Qəzza zolağında atəşkəs razılaşmasına həsr olunmuş “Sülh Sammiti”ndə iştirak edib.

Türkiyə lideri vurğulayıb ki, Qəzzanın bərpası həyati əhəmiyyət daşıyır və Ankara bölgə əhalisinin qış gəlməmiş normal yaşayışla təmin olunması üçün bütün səylərini göstərəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR